image-ads_n1karobka_mobile
image-1779341989_fc5533c8-7ebe-4b26-997d-e1d283df914fbackend

Azərbayqcanda hava pisləşir – SAKİNLƏRƏ XƏBƏRDARLIQ 

Bu gündən başlayaraq Azərbaycan ərazisində hava şəraiti kəskin pisləşəcək.

Bu haqda Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat daxil olub.

Qurumun xəbərdarlığında bildirilir ki, mayın 21-i səhər Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 25-i axşamadək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, 21-22-də yağıntıların qısa müddətə güclənəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki