Rusiyalı boksçular Artur Beterbiev və Dmitri Bivol əl sıxmaqdan imtina ediblər.
Doğru.az xəbər verir ki, bu barədə TNT Sports məlumat yayıb.
Müsahibə zamanı aparıcı onların kameradan kənarda bir-birləri ilə ünsiyyətdə olub-olmadıqlarını və əl sıxmalarını soruşub. Hər iki boksçu mənfi cavab verib.
Söhbət zamanı əl sıxmaqdan da imtina ediblər.
Xatırladaq ki, oktyabrın 12-dən 13-nə keçən gecə Səudiyyə Ərəbistanında Beterbiyev hakimlərin qərarı ilə titul döyüşündə Bivolu məğlub edərək WBC, WBO, IBF, WBA Super, IBO titullarını qazanıb.
Dekabrın 3-də məlum olub ki, boksçuların cavab görüşü fevralın 22-də Səudiyyə Ərəbistanında baş tutacaq.
Bivol daha əvvəl Beterbievlə ilk döyüşün müsbət və mənfi tərəflərini qeyd edib.
DOĞRU.AZ