image-n1karobka_ads
image-123
image-17385711005185332870_1200x630backend

İstanbulun Baş prokuroru Azərbaycanda səfərdə olub – FOTO

image-ad_qayo_720x110px

Baş prokuror Kamran Əliyevin dəvəti ilə İstanbul şəhərinin Baş prokuroru Akın Gürlekin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 30-31-də Bakıda işgüzar səfərdə olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, əvvəlcə nümayəndə heyəti Fəxri xiyabana gedərək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, eləcə də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib. Şəhidlər xiyabanında olan qonaqlar Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirərək, məzarları üzərinə gül dəstələri düzüblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsi ziyarət edilib.

Sonra Baş Prokurorluqda ikitərəfli görüş keçirilib. Görüş zamanı Kamran Əliyev dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının dövlət başçıları İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın birgə ciddi səyləri və sarsılmaz siyasi iradələri sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edərək, ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə, xüsusilə də prokurorluqlar arasında uğurla inkişaf etdiyini bildirməklə, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və ekstradisiya sahəsində səmərəli əməkdaşlıqdan bəhs edib.

Baş prokuror Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda və Şərqi Zəngəzurda sürətli bərpa və quruculuq işlərinin aparıldığını, türk şirkətlərinin bu işdə yaxından iştirak etdiyini vurğulayıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən Akın Gürlek tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də uğurla inkişaf etdirildiyini bildirərək bu əlaqələrin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “bir millət, iki dövlət”, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın kədəri bizim kədərimizdir” kəlamları ilə dəqiq ifadə edildiyini vurğulayıb.

Görüşdə ikitərəfli və çoxtərəfli formatda birgə fəaliyyətin perspektivləri, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində hüquqi əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Baş Prokurorluğun Tarix muzeyində Azərbaycan Prokurorluğunun zəngin tarixi, Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan guşə və eksponatlar, həmçinin qardaş ölkələr arasındakı münasibətləri əks etdirən ekspozisiyalar qonaqlarda zəngin təəssürat oyadıb.

Nümayəndə heyəti Baş Prokurorluğun yeni inzibati binası və Zəfər muzeyi ilə tanış olaraq, prokurorluğun struktur qurumlarının rəhbərləri ilə görüş keçirib. Həmçinin qonaqlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Bakı Şəhər Prokurorluğunun fəaliyyəti ilə tanış olublar.

Səfər çərçivəsində türkiyəli prokurorlar Heydər Əliyev Mərkəzində görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən stendlərlə, eləcə də İçərişəhərdə yerləşən UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş tarixi-memarlıq abidələri ilə tanış olublar.

Nümayəndə heyətinin ölkəmizə səfəri başa çatıb.

DOĞRU.AZ

image-17385711005102160918_1200x630 image-17385711002112857432_1200x630 image-173857110038528994_1200x630 image-17385711001648039214_1200x630 image-17385711003742233659_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki