Tbilisidə etirazçılar Gürcüstan paytaxtının şimalına gedən magistral yolu tamamilə bağlaya bilməyiblər.
TASS xəbər verir ki, etirazçılar bir neçə cəhd edib və polislə toqquşma olub. Müxalifətçi Nika Melia da daxil olmaqla bir neçə nəfər saxlanılıb. Yaralılar var.
Dünən nümayişçilər Tbilisinin Rustaveli prospektini parlament binası yaxınlığında bağlayıblar.
DOĞRU.AZ