Bolqarıstanın paytaxtı Sofiyada ən azı 11 qadın icazəsiz botoks iynəsindən əziyyət çəkib.
Bolqarıstanın Milli Televiziyasının (BNT) xəbərinə görə, insidentlə bağlı bu gün səhiyyə naziri ilə görüş gözlənilir.
Estetik Təbabət Xəstələri Assosiasiyasının sədr müavini Neli Georgiyeva bildirib ki, tərkibində botulinum toksini olan dərmanla prosedur eyni qadın – tibbi təhsili olmayan əcnəbi tərəfindən həyata keçirilib.
“Onlara iynə vuran qadın daha sonra “onları sağaldacaq” dediyi başqa dərmanlar vurub”, – Georgiyeva deyib.
O, həmçinin qadınlara ciddi nəticələrə səbəb ola biləcək lisenziyasız botoks iynələrindən istifadə etməmələri barədə xəbərdarlıq edib.
DOĞRU.AZ