image-n1karobka_ads
image-123
image-677a6afcae5ac921536d5f66backend

Oktyabr ayından Qazaxıstanda 30 metapnevmovirus infeksiyası aşkarlanıb

image-ad_qayo_720x110px

Epidemiya mövsümünün əvvəlindən Qazaxıstanda 30 metapnevmovirus xəstəliyinə yoluxma halı müəyyən edilib.

Bu barədə Respublika Səhiyyə Nazirliyinin Telegram kanalında məlumat verilib.

Statistik məlumatlara görə, cari epidemiya mövsümü başlayandan respublikada 8360 nümunə qeyri-qrip virusunun olub-olmaması üçün müayinə olunub. Bu saydan 1866 nümunə müsbət olub ki, bu da 22% təşkil edir.

“Koronavirus – 206 (11,1%), paraqrip – 178 (9,5%), bokavirus – 113 (6,1%) və son olaraq metapnevmovirus – 30 (1,6%)”, – məlumatda deyilir.

Metapnevmovirus ilk növbədə hava-damcı yolu ilə, daha az dərəcədə isə məişət təmasları ilə ötürülür.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki