image-n1karobka_ads
image-123
image-679f8eee02e8bd45ea398dc6backend

Orban Ukraynanın Avropaya inteqrasiyasını dayandırmaqla hədələyir

image-ad_qayo_720x110px

Budapeştə verilən enerji təhlükəsizliyi təminatları yerinə yetirilməsə, Macarıstan Ukraynanın Avropaya inteqrasiyasına mane ola bilər.

RİA Novosti xəbər verir ki, bunu Macarıstanın baş nazirinin siyasi direktoru Balaz Orban deyib .

Əgər Ukrayna Aİ-yə üzv olan bəzi dövlətlərin enerji təhlükəsizliyi ilə bağlı maraqlarını pozarsa, o zaman hesab edirəm ki, Ukraynanın Avropa İttifaqı ilə yaxınlaşması dayandırılmalıdır.

Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Szijjarto qeyd edib ki, Budapeşt Avropa Komissiyasından lazımi enerji təhlükəsizliyi zəmanəti alıb və bu zəmanətlər olmadan ölkə Rusiyaya qarşı sanksiyaları uzatmaq niyyətində deyil.

O vurğulayıb ki, Avropa Komissiyası Rusiyadan Avropa İttifaqı ölkələrinə xammalın daşınması üçün nəzərdə tutulmuş qaz və neft kəmərlərini qorumaq öhdəliyi götürüb, həmçinin Aİ-yə neft tədarükünü saxlamaq üçün Ukraynadan zəmanət istəyib.

Balazs Orban həmçinin xatırladıb ki, Macarıstan istənilən an həm Ukraynanın Avropaya inteqrasiyasını, həm də Rusiyaya qarşı sanksiyaların uzadılmasını dayandıra bilər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki