image-n1karobka_ads
image-123
image-679e248302e8bd503c54de32backend

Ərəb ölkələri Fələstinin Qəzzaya nəzarəti ələ keçirmək hüququnu tanıyır

image-ad_qayo_720x110px

Beş ərəb ölkəsinin xarici işlər nazirləri Fələstinin Qəzza zolağına nəzarət etmək hüququnu bəyan ediblər.

İordaniya, Misir, BƏƏ, Səudiyyə Ərəbistanı və Qətər Xarici İşlər nazirliklərinin rəhbərləri Qahirədə keçirilən görüşdə bu barədə danışıblar.

Görüş iştirakçıları Fələstin Muxtariyyətinin İordan çayının qərb sahili və Şərqi Qüdslə birlikdə işğal olunmuş Fələstin ərazilərinin bir hissəsi kimi Qəzza zolağında öz funksiyalarını yerinə yetirə bilməsi üçün işi davam etdirmək barədə razılığa gəliblər.

Qərarın Qəzzaya humanitar yardımların çatdırılmasına imkan verəcəyi qeyd edilir.

Bundan əvvəl Fələstin hakimiyyəti Qəzza zolağının sakinlərinin köçürülməsinə dair hər hansı plan və layihələri pisləyib və rədd edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki