Ötən gün ilk dəfə Türkiyədən Azərbaycana gəlmiş ulduzlar Eylül Tumbar və Yiğit Koçak fanatları ilə görüşmək və “Bir Ömrün Sonbaharı” adlı yeni filmlərini təqdim etmək üçün Park Cinema Flame Towers filialında möhtəşəm Qala Gecəsində iştirak ediblər.
Doğru.az xəbər verir ki, izdihamlı maraq və böyük sevgi ilə qarşılanan aktyorlar qırmızı xalıdan keçərək fanatları ilə görüşüb, TV kanallara müsahibələrini verdilər.
Daha sonra isə, onlar tamaşaçılar ilə birlikdə filmi ilk dəfə ölkənin ən böyük ekranı IMAX-da izlədilər.
“Bir Ömrün Sonbaharı” filmini bu gündən etibarən eksklüziv olaraq yalnız Park Cinemada izləyə bilərsiniz.
https://parkcinema.az/movies/view/14727/bir-omrun-sonbahari
DOĞRU.AZ