Gürcüstan parlamenti ABŞ-da qüvvədə olan FARA qanununun analoquna çevrilmiş xarici agentlər haqqında qanunu üçüncü və sonuncu oxunuşda qəbul edib.
Bu barədə Sputnik Gürcüstan xəbər verir.
Onun qəbul edilməsinə 86 deputat səs verib.
Fevral ayında hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası xarici agentlər haqqında yeni qanunun təşəbbüskarı olub.
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili qeyd edib ki, qanun layihəsi Amerikanın FARA qanununun dəqiq surətidir.
DOĞRU.AZ