Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman və az çiskin müşahidə olunacaq. Şimal-qərb küləyi səhər cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu:
Gecə: 9–13° C
Gündüz: 17–20° C
Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa, nisbi rütubət isə 75–85 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz, bəzi yerlərdə isə arabir dumanlı olacaq. Şərq küləyi əsəcək.
Gecə temperaturu: 8–13° C
Gündüz temperaturu: 18–23° C
Dağlarda gecə: 1–4° C, gündüz: 10–15° C
DOĞRU.AZ




























