image-ads_n1karobka_mobile
image-sagirdd_1781247436backend

Həmin şagird hoteldə ölübmüş

Xəbər verdiyimiz kimi, Bakıda vəfat edən 18 yaşlı oğlan Beyləqan rayonunda dəfn olunub.

Oxu24.com xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, orta məktəbin 11-ci sinif şagirdi olan 2008-ci il təvəllüdlü Elvin Zabit oğlu Aslanlının Bakıdakı hotellərin birində öldüyü məlum olub.

Belə ki, iyunun 10-u saat 18 radələrində “Novxanı Spring” hotelində olarkən onun halı qəfil pisləşib və dünyasını dəyişib.

Məktəblinin hoteldəki ölümü ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, E.Aslanlı iyunun 13-ü orta məktəbdən məzun olacaqdı.

DOĞRU.AZ

image-21_1781247626


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki