image-n1karobka_ads
image-123
image-17435173523959832984_1200x630backend

Ağdaşda “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirələr keçiriləcək

image-ad_qayo_720x110px

Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə aprelin 4-də Ağdaşda keçiriləcək Aqrar Biznes Festivalı çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel sessiyanın təşkili nəzərdə tutulur.

Kənd Təsərrüfatı Nazirliyindən Doğru.az-a bildirilib ki, sessiyada aqrar sektorun inkişafına töhfə verən maliyyə alətləri, Mərkəzi Aran iqtisadi rayonunda aqrar sahənin maliyyələşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılacaq.

Panel sessiyada kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən dövlət maliyyə qurumlarının, aparıcı bank və bank olmayan kredit təşkilatlarının nümayəndələrinin iştirakı planlaşdırılır.

Müzakirələrdə aqrar sektora dövlət dəstəyi mexanizmləri, güzəştli kredit və subsidiyalar, aqrar sığorta imkanları, fermerlərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və digər mövzuların müzakirəsi gözlənilir. Sessiya çərçivəsində fermerlərin və sahibkarların sualları cavablandırılacaq, onlara mövcud və yeni maliyyə mexanizmləri barədə ətraflı məlumat veriləcək.

Panel müzakirələrdə aqrar sahədə fəaliyyət göstərən bütün sahibkarlar və maraqlı tərəflər iştirak edə bilərlər.

Qeyd olunub ki, “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirələrin il ərzində bütün iqtisadi rayonlarda keçirilməsi planlaşdırılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki