image-n1karobka_ads
image-123
image-173997481691160346_1200x630backend

İmişlidə Aqrar Biznes Festivalı keçirilib – FOTO

image-ad_qayo_720x110px

2025-ci ilin ilk Aqrar Biznes Festivalı İmişli rayonunda keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən festivalda İmişli, Saatlı, Sabirabad, Beyləqan və Biləsuvar rayonlarından olan fermerlər iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Doğru.az-a bildirilib ki, festivalda müxtəlif kənd təsərrüfatı məhsulları, texnika və avadanlıqlar sərgilənib. Fermerlər toxum, gübrə və pestisidlər, müasir suvarma texnologiyaları və kənd təsərrüfatı texnikaları ilə tanış olub, onların tətbiqi barədə ətraflı məlumat əldə ediblər.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev belə tədbirlərin regionlarda kənd təsərrüfatının inkişafına, fermerlərin maariflənməsinə və yeni texnologiyaların tətbiqinə mühüm töhfə verdiyini vurğulayıb. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Aqrar Biznes festivallarının kənd təsərrüfatında müasir texnologiya və innovasiyaların fermerlərə çatdırılması, eləcə də fermerlər və təchizatçı şirkətlər arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm platforma olduğunu vurğulayıb. Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov dövlətin kənd təsərrüfatı sektoruna göstərdiyi dəstək, xüsusilə də güzəştli kreditlər və digər maliyyə mexanizmləri barədə danışıb. O, fermerlərin bu imkanlardan səmərəli istifadə etmələrinin vacibliyini qeyd edib.

Festival çərçivəsində kənd təsərrüfatına dair müxtəlif xidmətlərin təklifi və məhsulların nümayişi ilə yanaşı, regionlarda sahibkarlığın inkişafına dəstək, eləcə də fermerlərin maliyyə savadlılığının artırılması, güzəştli kreditlərin verilməsi ilə bağlı məlumatlandırma məqsədilə kredit yarmarkası keçirilib. Yarmarkada iştirak edən 10-a yaxın bank və bank olmayan kredit təşkilatının mütəxəssisləri potensial müştərilərinə kreditlərin verilməsi ilə bağlı məsləhət və tövsiyələr verib.

Bundan başqa, tədbir çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirə keçirilib. Müzakirədə Aqrar Kredit və İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Aqrar Sığorta Fondu, banklar və kredit təşkilatlarının nümayəndələri iştirak ediblər. Panel müzakirələr zamanı fermerlərə güzəştli kreditlər, kənd təsərrüfatına dövlət dəstəyi və digər maliyyə mexanizmləri barədə məlumat verilib, fermerlərin sualları cavablandırılıb, aqrar təyinatlı kredit almaq üçün müraciət edənlərə texniki dəstək göstərilib. Festival çərçivəsində fermerlər və sahibkarlarla bank və kredit təşkilatlarının nümayəndələri arasında görüşlər olub, potensial əməkdaşlıq imkanları müzakirə edilib.

DOĞRU.AZ

image-17399748162353359818_1200x630 image-17399748163272458033_1200x630 image-17399748162447960466_1200x630 image-17399748162934740311_1200x630 image-17399748161431442489_1200x630 image-17399748166527733591_1200x630 image-1739974816435334432_1200x630 image-17399748164285943483_1200x630 image-17399748162870843217_1200x630 image-17399748164952962983_1200x630 image-1739974816468410430_1200x630 image-17399748163013541561_1200x630 image-17399748163205629726_1200x630 image-17399748163468325276_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki