image-n1karobka_ads
image-123
image-17400579854207060235_1200x630backend

Azərbaycan və Ukrayna Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb – FOTO

image-ad_qayo_720x110px

Fevralın 20-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenko ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Doğru.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri, habelə regiondakı vəziyyət haqqında müzakirələr aparılıb.

Tərəflər görüş zamanı dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına dair iki ölkə tərəfindən davamlı şəkildə nümayiş etdirilən mövqenin, habelə ölkələr arasında beynəlxalq hüququn fundamental prinsiplərinə, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin vacibliyini vurğulayıblar.

Qarşı tərəf Azərbaycanın Ukraynanın münaqişədən zərər çəkmiş bölgələrinin bərpa və yenidən qurulmasına töhfəsinin, həmçinin Ukrayna xalqına göndərilən humanitar yardımların yüksək qiymətləndirildiyini qeyd edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu gün, həmçinin Azərbaycan və Ukrayna Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Samir Şərifov, Ukrayna tərəfindən isə Oleksandr Mişenko rəhbərlik ediblər.

DOĞRU.AZ

image-17400579853559257212_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki