image-n1karobka_ads
image-123
image-17401195574146011408_1200x630backend

FHN yolların buz bağlaması ilə əlaqədar piyadalar üçün tövsiyələr hazırlayıb – FOTO

image-ad_qayo_720x110px

Fövqəladə Hallar Nazirliyi yolların buz bağlaması ilə əlaqədar piyadalar üçün tövsiyələr hazırlayıb.

Doğru.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi feysbuk hesabında məlumat paylaşılıb. Həmin tövsiyələri təqdim edirik:

– ayaqqabını sürüşməyə qarşı hazırlayın, ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırın. Altlığı qum və ya sumbata kağızı ilə sürtün;

– ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət edin. Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır;

– yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur;

– sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun;

– yıxılanda özünüzü toparlayın, qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun;

– sürüşərək zədə almısınızsa, təcili tibbi yardıma müraciət edin.

DOĞRU.AZ

image-17401195574146011408_1200x630 image-17401195574771151282_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki