Dağıstanda Tlyarata-Kamelyux avtomobil yolunun 18-ci km-də qar uçqunu nəticəsində 14 yaşayış məntəqəsi yol əlaqəsi olmadan qalıb.
“Göstərilən marşrut üzrə hərəkət etməməyinizi və alternativ yollar seçməyinizi xahiş edirik”, – deyə rayon Dövlət Yol Müfəttişliyindən bildirilib.
Bundan əvvəl Qaraçay-Çərkəzdə qar uçqunu nəticəsində ölən iki turistin cəsədi tapılmışdı.
Daha sonra Stavropol diyarının fövqəladə xilasetmə xidməti Qaraçay-Çərkəzdə bir xilasedicinin qar uçqunu nəticəsində öldüyünü bildirib.
DOĞRU.AZ