image-n1karobka_ads
image-123
image-17401244484208510883_1200x630backend

Heykəltaraş Andrey Ostaşovun əsərləri Heydər Əliyev Mərkəzində sərgilənəcək

image-ad_qayo_720x110px

Heydər Əliyev Mərkəzində yeni sərgi təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mystery of the rose”) adlı sərgisi açılacaq.

Sərgidə müəllifin “Yuxulara səyahət”, “Pişik-qız və tısbağa rəqsi”, “Yelpik və albalı”, “Ürəklə qız”, “Günəşin uşaqları”, “Hind fili və kəpənəklər” kimi ilk dəfə məhz Bakıda tamaşaçı qarşısına çıxarılacaq əsərləri də yer alacaq.

1970-ci ildə Belarusda doğulan Andrey Ostaşovun rəssam kimi formalaşmasında Belarus, Rusiya və Avropa incəsənət məktəbinin təsiri olub.

Onun əsərlərində gözəllik mütləqdir və o, artıq yox olmaqda olan estet-filosoflar nəslinə aid rəssamdır. Heykəltaraş Uzaq Şərq regionunun məişət əşyaları və tətbiqi sənəti, samuray və Teddi oyuncaq ayılarının, nağıl şahzadələrinin və şamanların təsvirləri ilə cəsarətlə oynayır.

Belarus Rəssamlar İttifaqının üzvü olan Andrey Ostaşovun əsərləri Belarusun Milli İncəsənət Muzeyinin daimi ekspozisiyasında, Avropa və Asiyada şəxsi kolleksiyalarda saxlanılır.

Heykəltaraşın fərdi sərgiləri Monako, Paris, Pekin, Sankt-Peterburq, Tbilisi, Şanxay, Vyana və sair şəhərlərdə təşkil olunub.

Andrey Ostaşov yaradıcılıq materialları toplamaq məqsədilə dünyanın müxtəlif yerlərinə, xüsusilə də Asiya ölkələrinə çoxlu səyahət edir. Müəllifin xüsusi marağı isə insanın daxili aləmidir. Təsadüfi deyil ki, Bakı sərgisi də “Qızılgülün sirri” adlanır. Bu çiçək eyni anda zahiri gözəlliyi və mənəvi dərinliyi, əlçatmazlığı və əzəməti, gücü və həssaslığı özündə birləşdirir. “Qızılgülün sirri” hər kəs üçün fərqli və unikaldır. Heykəltaraş bizi yenidən bu dərin və gözəl səyahətə – öz daxili dünyamıza dəvət edərək eksponatlarının mənasını tapmağa və bu prosesin iştirakçısına çevrilməyə çağırır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki