image-n1karobka_ads
image-123
image-5r4a0619backend

Filarmoniyada Polad Bülbüloğlunun yubiley konserti keçirilib – FOTO

image-ad_qayo_720x110px

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli müğənni, bəstəkar, Xalq artisti Polad Bülbüloğlunun 80 illik yubileyinə həsr olunan konsert keçirilib.

Mədəniyyət Nazirliyindən Doğru.az-a bildirilib ki, gecədə dirijor Murtuza Bülbülün rəhbərliyi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər – Xalq artisti Samir Cəfərov (tenor), Əməkdar artist Ramil Qasımov (tenor) və Dmitri Sitkovetski (violin, Böyük Britaniya) dinləyicilər qarşısında çıxış ediblər.

 

Proqramda Azərbaycan xalq mahnıları “Bəri bax”, “Qara tellər”, “Xumar oldum”, “Noleydi” (səs və simfonik orkestr üçün işləyəni P.Bülbüloğlu), Polad Bülbüloğlunun “Konsert valsı”, “Məhəbbət və Ölüm” baletindən süita (“Meydanda bayram”, “Ölüm dairəsi”, “Yaralı əsgərin gəlişi”, “Qara Məlikin faciəsi”, “Final”), simfonik rəqslər (“Qızların rəqsi”, “Şərq rəqsi”, “Yallı” – ilk ifa), violin və simfonik orkestr üçün konsert (“Agitato”, “Allegro”, “Lento”, “Vivo”) və “Rapsodiya” əsərləri səsləndirilib.

DOĞRU.AZ

image-5r4a0625 image-5r4a0640 image-5r4a0672 image-5r4a0685 image-5r4a0713 image-5r4a0728 image-5r4a0734 image-5r4a0760 image-5r4a0770 image-5r4a0850image-5r4a0870 image-5r4a0900 image-5r4a0953

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki