image-n1karobka_ads
image-123
image-17402150541343759394_1200x630backend

Bu gündən avtobuslar adi qrafik və sxem üzrə fəaliyyətini davam etdirəcək

image-ad_qayo_720x110px

Bu gün avtobuslar adi qrafik və sxem üzrə fəaliyyətini davam etdirəcək. Ötən gün təhlükəsizlik məqsədilə avtobusların fəaliyyətinə tətbiq edilən saat məhdudiyyəti aradan qaldırılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Doğru.az-a bildiriblər ki, ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar gücləndirilmiş iş rejimində çalışır.

AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkətinə nəzarət olunur. Hazırda bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir. Xəttə gündəlik saya uyğun avtobuslar buraxılıb.

Qeyd edək ki, kəskin hava şəraiti ilə əlaqədar avtobusların fəaliyyətində məhdudiyyətlər ola bilər.

Sərnişinlərdən müvəqqəti məhdudiyyətləri anlayışla qəbul etmələri xahiş olunur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki