Çinli virusoloqlar COVID-19-a bənzər şəkildə insanlara yoluxa bilən yeni yarasa koronavirusu müəyyən ediblər.
South China Morning Post-a görə , virus ilk dəfə Honq-Konqda yapon yarasasında aşkar edilmiş HKU5 koronavirusunun yeni nəslidir.
Virusun tədqiqi Quançjou laboratoriyasında Çin Elmlər Akademiyasının Quançjou filialının, həmçinin Uhan Universiteti və Uhan Virusologiya İnstitutunun mütəxəssisləri ilə birlikdə aparılıb.
Alimlər yarasa nümunələrindən təcrid olunmuş virusun insan hüceyrələrinə sirayət edə biləcəyini müəyyən ediblər.
TASS ekspertlərdən sitat gətirir: “Yarasa merbekovirusları ya birbaşa ötürülmə, ya da aralıq ev sahibi vasitəsilə insanlara yayılma riski yüksəkdir”
DOĞRU.AZ