image-n1karobka_ads
image-123
image-bkovn9rc48pkbo1oqhv2umef3gqraasc84qbgjaf_1200backend

Prezident Ağdamda ikinci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub – FOTO

image-ad_qayo_720x110px

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində 1268 mənzilli 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma məlumat verilib ki, ümumi sahəsi 14 hektara yaxın olan yaşayış kompleksi Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş Baş Planına uyğun salınıb. Burada tikilən yaşayış binalarındakı mənzillərdən 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü isə dördotaqlıdır.

Ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq kompleksdəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunur. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur.

DOĞRU.AZ

image-wcd8dpqtqtwxquhhruh0zjki388tkxqdabbg12iu_640

image-jbpuic5qtzlrqeyhayomil3sooofwvgynmasw8yf_640

image-qf8sf8a6oznukh2hqpvtw0djlfx4pqwwh1ttk531_640

image-lveqwkhoopqclgms5gcf5fhago16pp6a5r2cxj02_640

image-frmm4dpdowai0uwnexxuesbwh9cd7f07jf0etdeh_640

image-pyuwamytytmmtvcxxntep0epbbbe4iifistkrmsr_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki