image-n1karobka_ads
image-123
image-sddefaultbackend

Həkimin yanlış əməliyyatı pasiyentin səhhətində problemlər yaratdı – VİDEO

image-ad_qayo_720x110px

Paytaxt sakini yanlış əməliyyat səbəbi ilə səhhətində müəyyən problemlər yarandığını iddia edir.

Doğru.az Xəzər TV-yə istinadən məlumat verir ki, ötən ilin aprel ayında septoplastika, yəni burunda çəpər əyriliyi əməliyyatı olan Lətafət Məmmədova bildirib ki, əməliyyatdan sonra problemləri aradan qalxmaq yerinə, əksinə şikayətləri artıb.

O, əməliyyatı icra edən özəl klinika “MedAura”nın həkimi Kəmalə Mirzəyevadan şikayətçidir.

Şikayətçi iddia edir ki, əməliyyata 1400 manat ödəniş edib. Təkrar əməliyyat üçün isə 6000 manat lazımdır. Onun tələbi bu ödənişin ona verilməsidir ki, başqa klinikada yenidən əməliyyat olunsun.

Sözügedən özəl klinikanın baş həkimi Nigar Məhəmmədova bildirib ki, həkim Kəmalə Mirzəyeva artıq işdən çıxarılıb. Baş həkim özü də ondan şikayətçidir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki