image-n1karobka_ads
image-123
image-67a0bd5bae5ac965635097a6backend

ÜST ABŞ-dan çıxdıqdan sonra işə qəbulu bağlayır

image-ad_qayo_720x110px

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-ın təşkilatdan çıxması nəticəsində yaranan likvidlik böhranı səbəbindən işə qəbulu dondurmaq və səyahətləri məhdudlaşdırmaq qərarına gəlib.

Doğru.az xəbər verir ki, bu barədə ÜST-nin rəhbəri Tedros Adhanom Qebreyesus bildirib.

O qeyd edib ki, ABŞ-ın bəyanatı hazırkı vəziyyəti daha da pisləşdirib və təşkilat öz işini və işçilərini qorumaq üçün bir sıra tədbirlər görməyə məcbur olub.

“Biz resursları strateji olaraq uyğunlaşdırırıq, kritik sahələr istisna olmaqla, işə qəbulu dondururuq və səyahət xərclərini əhəmiyyətli dərəcədə azaldırıq” dedi mütəxəssis.

Bundan əvvəl Amerika lideri Donald Tramp andiçmə mərasimindən sonra verdiyi ilk fərmanlarından birində Birləşmiş Ştatların ÜST-dən çıxması barədə qərar vermişdi.

Lakin sonradan o, bu qərara yenidən baxıla biləcəyini istisna etməyib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki