image-n1karobka_ads
image-123
image-1705070857_secki-99-1backend

İmişlidə bir bələdiyyə üzrə seçkilərin nəticələri ləğv edilib

image-ad_qayo_720x110px

Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib.

Doğru.az  xəbər verir ki, bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə edilib.

MSK katibi Arifə Muxtarova bildirib ki, 81 saylı İmişli seçki dairəsi üzrə 42, 43, 44, 45, 46 saylı məntəqələrdə bələdiyyə seçkiləri üzrə nəticələr ləğv edilib:

“Həmin məntəqələrdə Bəcirəvan kənd bələdiyyəsinə seçkilər keçirilib. MSK-nın qərarına əsasən, bu məntəqələrdə seçkinin nəticələri etibarsız sayılıb”.

Sonda Bəcirəvan bələdiyyəsi üzrə seçkilərin nəticələrinin ləğv edilməsi qərara alınıb.

Qeyd edək ki, Bəcirəvan bələdiyyəsinin tərkibinə Ağcüyür və Bəcirəvan kəndləri daxildir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki