image-n1karobka_ads
image-123
image-17383919341343112399_1200x630backend

Ədliyyə naziri Astarada vətəndaşların müraciətlərini dinləyib – FOTO

image-ad_qayo_720x110px

Ədliyyə naziri Fərid Əhmədov yanvarın 31-də Astara şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, nazir qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Qəbulda Astara, Lənkəran, Masallı, Lerik və Yardımlı rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

DOĞRU.AZ

image-1738391934359346639_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki