image-n1karobka_ads
image-123
image-17383073564773810056_1200x630backend

Səyyar “ASAN xidmət” fevralın 3-dən 26-dək xidmət göstərəcəyi bölgələr açıqlanıb

image-ad_qayo_720x110px

Səyyar “ASAN xidmət” fevralın 3-dən 26-dək Qusar, Şirvan, Samux, Xaçmaz, Biləsuvar, Yevlax, Göyçay, Zaqatala və Xırdalanda vətəndaşlara xidmət göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Doğru.az-a verilən məlumata görə, səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Səyyar “ASAN xidmət” avtobusları həftənin bazar ertəsi – cümə günləri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00-dan 14:00-dək nahar fasiləsidir.

Məntəqələr ilə tanış olmaq üçün: http://bit.ly/4gjubfJ

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki