Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Rusiya prezidenti Vladimir Putin Brüsseldən fərqli olaraq həmişə verdiyi vədlərə əməl edib.
Doğru.az xəbər verir ki, bu barədə “Neue Zürcher Zeitung” qəzeti yazır.
“Biz bir çox müqavilələr bağlamışıq. Putin həmişə verdiyi sözə əməl edib. Son 15 ilin təcrübəsi göstərir ki, Macarıstan Rusiyaya etibar edə bilər”.
Orban Putinlə sıx iqtisadi əməkdaşlıq və Moskva ilə yaxşı əlaqələrin qurulması barədə razılığa gəldiyini bildirib.
Bundan əvvəl Orban enerji təhlükəsizliyi təminatlarına əməl edilmədiyi təqdirdə Ukraynanın Avropaya inteqrasiyasını dayandıracağı ilə hədələyib.
DOĞRU.AZ