Parisdə qatar stansiyasında atışma nəticəsində iki nəfər yaralanıb.
Bu barədə Le Parisien xəbər verir.
Dəmiryolunun təhlükəsizlik əməkdaşlarının “svastika” çəkən və silah çıxaran bir adam da daxil olmaqla iki nəfəri yaraladığı iddia edilir.
Hadisə Parisin Austerlitz stansiyasında baş verib.
Hadisə şahidləri atışmadan sonra “yerdə kimsə” və “böyük qan gölməçəsi” gördüklərini bildiriblər.
DOĞRU.AZ