Belarus hökuməti ölkənin Mərkəzi Seçki Komissiyasının Aleksandr Lukaşenkonu prezident seçkilərinin qalibi kimi təsdiqlədikdən sonra istefa verib.
Bu barədə Nazirlər Şurasının mətbuat xidməti məlumat yayıb .
“Belarus hökuməti istefa verib. Müvafiq qərarı Roman Qolovçenko imzalayıb”, – məlumatda deyilir.
Belarus Konstitusiyasına görə, hökumət yeni seçilmiş prezident qarşısında istefa verməyə borcludur.
Qərar bu gündən qüvvəyə minir.
DOĞRU.AZ