Fevralın 3-nə keçən gecə pilotsuz uçuş aparatı Moldova hava məkanını pozub.
Bu barədə idarənin Telegram kanalında məlumat verilib.
“Pozunma 00:30 (Moskva vaxtı ilə 01:30) ilə 00:45 arasında qeydə alınıb… Uçuş yolu: Pavlovka, Ukrayna – Karmanova – Mayak – Qriqoriopol. Bundan sonra PUA Moldova Respublikasının hava məkanını eyni trayektoriya ilə tərk edib”, – Moldova Müdafiə Nazirliyi qeyd edib.
Keçən il noyabrın ortalarında Moldova Daxili İşlər Nazirliyi Kişinyovun kənarında PUA-nın qalıqlarının aşkar edilməsi barədə məlumat vermişdi.
DOĞRU.AZ