Çin ABŞ prezidenti Donald Trampın 2020-ci ildə ilk səlahiyyət müddətində əldə olunmuş razılaşmalar əsasında ABŞ ilə ticarət danışıqlarına başlamaq niyyətindədir.
Bu barədə The Wall Street Journal yazır.
Nəşrin yazdığına görə, Çin ticarət müharibəsindən qaçmaq üçün Trampın ilk prezidentlik dövründə onunla bağlanmış müqavilələrə qayıtmaq istəyir.
Onlara həmçinin ABŞ-dan idxalın 200 milyard dollar artırılması ilə bağlı öhdəliklər də daxildir.
Qeyd olunur ki, Pekin Ümumdünya Ticarət Təşkilatı çərçivəsində danışıqlara başlamağa çalışacaq.
DOĞRU.AZ