image-n1karobka_ads
image-123
image-17383187965917554942_1200x630backend

TƏBİB: Ağcabədidə baş verən partlayış nəticəsində yaralananların vəziyyəti orta ağırdır

image-ad_qayo_720x110px

Yanvarın 31-də saat 11:30 radələrində partlayış səbəbi ilə xəsarət alan iki nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Doğru.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 1985-ci il təvəllüdlü (qadın cinsli) şəxsə aşağı ətrafın qapalı travması, 2014-cü il təvəllüdlü (qadın cinsli) azyaşlıya isə aşağı ətrafın sıyrılmış-deşilmiş yarası diaqnozları təyin olunub. Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicələri davam etdirilir.

Hazırda hər ikisinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki