image-n1karobka_ads
image-123
image-1735583197_1735570436_6772aeb2159326772aeb21593317355690746772aeb2159306772aeb215931backend

Təyyarə qəzasından sonra altı nəfər Filadelfiyada xəstəxanaya yerləşdirilib

image-ad_qayo_720x110px

Filadelfiyada təyyarənin qəzaya uğraması nəticəsində azı 6 nəfər xəstəxanaya yerləşdirilib.

NBC News xəbər verir ki, üç nəfərə lazımi tibbi yardım göstərilib və onlar xəstəxanadan buraxılıblar. Qalanları həkim nəzarətindədir.

TASS-ın məlumatına görə, qurbanlar arasında üzündən xəsarət alan 30 yaşlı qadın, həmçinin başından xəsarət alan 11 yaşlı oğlan və 31 yaşlı kişi də var.

Onların heç biri təyyarənin göyərtəsində olmayıb.

Bundan əvvəl ABŞ-ın nəqliyyat naziri Şon Daffi Filadelfiyada təyyarənin göyərtəsində 6 nəfərin olduğunu təsdiqləyib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki