image-n1karobka_ads
image-123
image-1706886903_1706876166_0001backend

AZAL-ın təyyarəsinin qəzaya uğraması zamanı yaralanan şəxslərdən sonuncusu xəstəxanadan evə buraxılıb

image-ad_qayo_720x110px

Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan və ölkəmizə gətirilərək Yeni Klinikaya yerləşdirilən şəxslərdən sonuncu pasiyent də xəstəxanadan buraxılıb.

Bu barədə Doğru.az-a TƏBİB-in mətbuat xidmətindən bildirilib.

Yeni Klinikanın Reanimasiya şöbəsinə qəbul olunaraq, üzərində cərrahi əməliyyat icra olunan şəxsin (qadın) vəziyyəti qənaətbəxş hesab edilib. Bununla belə, pasiyentin tibbi reabilitasiyaya ehtiyacı olduğu nəzərə alınaraq, müalicəsinin TƏBİB-in tabeliyində fəaliyyət göstərən Tibbi Reabilitasiya Mərkəzində davam etdirilməsinə qərar verilib.

Qeyd edək ki, bundan əvvəl Yeni Klinikadan Tibbi Reabilitasiya Mərkəzinə təxliyə edilən, orada müalicə alan digər iki nəfərin vəziyyəti qənaətbəxş hesab edildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Bir müddət əvvəl öz istəyi ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına köçürülən şəxs də bu gün ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, ambulator müalicə üçün evə yazılan hər bir şəxsin sağlamlıq durumu yaşadıqları ərazi üzrə müvafiq sahə həkimləri tərəfindən nəzarətdə saxlanılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki