image-n1karobka_ads
image-123
image-17401247245705010412_1200x630backend

Heydər Əliyev Fondu 10-dan çox rayonda yeni məktəb binaları inşa edir

image-ad_qayo_720x110px

Heydər Əliyev Fondu “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində regionlarda yeni məktəb binaları inşa edir.

AZƏRTAC xəbər verir ki, hazırda Samux, Gəncə, Goranboy, Göyçay, Ucar və digər rayonlarda tikinti işləri aparılır.

Ümumiyyətlə, bu il 10-dan çox rayonda yeni məktəb binalarının istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2005-ci ildən həyata keçirilən proqramın əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaq, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdir.

Proqram çərçivəsində 2005-2024-cü illərdə ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 500-dən çox məktəb binası inşa olunub və yenidən qurulub. Bu məktəblərin hər birində müasir laboratoriya, kitabxana, yeməkxana, ən son avadanlıqla təchiz edilmiş kompüter otaqları, emalatxana, idman zalları, geniş meydançalar və ayrıca istilik sistemi var.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki