image-n1karobka_ads
image-123
image-1740129542548564211_1200x630backend

Azərbaycanın işgüzar turizm imkanları BƏƏ-də tanıdılıb – FOTO

image-ad_qayo_720x110px

Azərbaycan Turizm Bürosu və Bakı Konqres Mərkəzi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən 13-cü “MALT” Konqresində (Meetings Arabia & Luxury Travel) təmsil olunub.

Dövlət Turizm Agentliyindən Doğru.az-a bildirilib ki, Yaxın Şərq regionunun işgüzar tədbirlər və lüks səyahət sahəsi üzrə aparıcı mütəxəssisləri sənayenin inkişaf edən trendlərini müzakirə etmək, strateji əlaqələr qurmaq və əməkdaşlıq imkanlarını qiymətləndirmək məqsədilə bir araya gəliblər. Konqres çərçivəsində Yaxın Şərqin turizm sənayesi nümayəndələri ilə 20-dən çox B2B formatlı görüş keçirilib, Azərbaycanın işgüzar turizm imkanları, lüks hotelləri və ümumilikdə regional biznes tədbirləri üçün imkanları haqqında məlumat verilib.

Tədbirdə müxtəlif ölkələrdən 250-dən çox nümayəndə qatılıb.

DOĞRU.AZ

image-1740129542336744560_1200x630 image-17401295425241338990_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki