image-n1karobka_ads
image-123
image-img-20250221-wa0007backend

Hərəkətin intensiv olduğu küçə və prospektlərdə əlavə polis naryadları cəlb edilib – FOTO

image-ad_qayo_720x110px

Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərinə əlavə polis naryadları cəlb edilib.

Doğru.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtla yanaşı ölkəboyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət təşkil olunub.

Digər dövlət orqanları ilə birgə yollar, nişanlar qardan və buzdan təmizlənir, yerlərə qum və duz səpilir. Sürücü və piyadaların mənzilbaşına təhlükəsiz şəraitdə çatması təmin edilir.

Vətəndaşlardan daxil olan müraciətlərə çevik reaksiya verilir, bütün köməkliklər göstərilir.

Polis əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə fasiləsiz xidmət aparır.

DOĞRU.AZ

image-img-20250221-wa0009 image-img-20250221-wa0007 image-img-20250221-wa0004 image-img-20250221-wa0011 image-img-20250221-wa0014 image-img-20250221-wa0020

image-img-20250221-wa0018

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki