image-n1karobka_ads
image-123
image-b7eceb98-6a0d-31ce-8f7f-e6c64bcf99af_850backend

Azəbaycanda özünüməşğulluq proqramının əhatə dairəsi 4 dəfəyə yaxın artırılır

image-ad_qayo_720x110px

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi 9,2 min işsiz və işaxtaran şəxsi özünüməşğulluq proqramına cəlb etməyi planlaşdırır ki, bu da ötən illə müqayisədə 3,7 dəfə çoxdur.

Doğru.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, proqram iştirakçıları üçün ilk növbədə təlim kursları təşkil olunaraq, onlara kiçik biznesin təşkili üzrə zəruri bilik və bacarıqlar öyrədilir. Kursları uğurla başa vuran şəxslər seçdikləri iqtisadi fəaliyyət növləri üzrə aktivlərlə (mal və materiallarla) təmin edilməklə, onlar üçün kiçik təsərrüfatlar qurulur.

Ümumilikdə ötən dövrdə 95 mindən çox işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki