Moskva məhkəməsi Crocus City Hall konsert zalında terror aktı törətməkdə təqsirləndirilən 4 nəfərin həbs müddətini uzadıb.
Bu barədə TASS məlumat yayıb.
Qeyd edildiyi kimi, Basmannı məhkəməsi Məhəmmədsobir Faizov, Dalerjon Mirzəyev, Murodəli Rəçabalızoda, Şəmsidin Fəriduninin həbs müddətinin martın 24-dək uzadılması ilə bağlı vəsatəti təmin edib.
Daha əvvəl “Krokus”da baş verən terror aktı ilə bağlı istintaqın yekunlaşdığı bildirilirdi.
İş üzrə təqsirləndirilən şəxslər istintaq materialları ilə tanış olmağa başlayıblar.
DOĞRU.AZ