İtaliyanın Codacons istehlakçı hüquqları təşkilatı Espresso Macchiato mahnısının Eurovision Mahnı Müsabiqəsində ifasına qadağa qoyulması ilə bağlı rəsmi müraciət edib.
The Guardian-ın qeyd etdiyi kimi , təşkilat Estoniyanın mahnısının sözlərinin italyanların “qəhvə içən, spagetti yeyən mafiozlar kimi” stereotiplərini ələ saldığını vurğulayır.
Nəşrin məlumatına görə, bəstə italyan və ingilis dillərinin qarışığında ifa olunub və reper Tommi Keş səhnədə mafioz obrazını canlandırıb.
Əvvəllər məlum olub ki, 2025-ci ildə Rusiyada “İntervision” beynəlxalq musiqi müsabiqəsi keçiriləcək.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Parisdəki Olimpiadadan fərqli olaraq Intervision- da “insan təbiətinin təhrifləri və istehzasına” yer verməyəcəyinə söz verib.
DOĞRU.AZ