Sosial media istifadəçilərinin sıraları genişləndikcə gözəl şəkillər paylaşmaq istəyənlərin fotoçəkilişlərə marağı da artır. Hər kəs yaşadığı anı istər peşəkar kamera, istərsə də smartfonlar vasitəsilə ölümsüzləşdirməyə çalışır.
Bəs görəsən, yaxşı fotolar alınması üçün nələrə diqqət etməliyik? Fotoda olduğundan iri, yaxud gödək görünməmək üçün hansı pozalar daha effektivdir? Ani, yoxsa öncədən planlaşdırılmış çəkilişlərdən daha gözəl kadrlar ərsəyə gəlir? Ağ-qara yaxşıdır, yoxsa rəngli şəkil?
Bu və digər sualları Oxu.Az-ın “Ustadına əhsən!” layihəsinin növbəti qonağı, on ildən çoxdur fotoqraf kimi fəaliyyət göstərən Artur Abdullayev cavablandırıb.
Fotoqraf master-klas zamanı modellərin köməyi ilə effektiv pozaları, fotoçəkilişdə olar-olmazları izah edib.
Ətraflı videoda: