Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dağ-xizək kurortunda faciə qurbanları ilə vida mərasimində göz yaşlarını saxlaya bilməyib.
Doğru.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə müvafiq kadrlar dərc edərək məlumat yayılıb.
Ərdoğan dağ-xizək kurortunda dünənki faciə qurbanları ilə vida mərasimində göz yaşlarını saxlaya bilməyib, – jurnalistlər vurğulayırlar.
Kartalkaya kurortunda yerləşən Grand Kartal otelində baş verən yanğında 76 nəfər həlak olub.
Bundan əvvəl Ərdoğan yanvarın 22-ni Türkiyədə kurortda baş verən yanğında həlak olanlar üçün matəm günü elan edib.
DOĞRU.AZ