image-ads_n1karobka_mobile
image-1780207464_qeza_esas_7458backend

Türkiyədə sərnişin avtobusu yandı: 8 ölü, 33 yaralı var – FOTO/VİDEO

Türkiyədə turizm şirkətinə məxsus sərnişin avtobusu Dənizli-Aydın şossesində maneələrə çırpılıb və daha sonra yanıb.

Sfera.az“TRT Haber”ə istinadla xəbər verir ki, nəticədə sürücü də daxil olmaqla 8 nəfər ölüb, 33-ü xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıblar.

Məlumata görə, İzmirdən Antalyaya gedən avtobusda 38 sərnişin və 3 heyət üzvü olub.

Qəza səbəbindən Dənizli istiqamətində yol təxminən 4 saat nəqliyyatın hərəkəti üçün bağlı qalıb. Yanmış avtobus götürüldükdən sonra yol yenidən açılıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki