Futbol üzrə dünya çempionatını Azərbaycanda hansı kanalın canlı yayımlayacağı məlum olub.
Oxu24.com xəbər verir ki,ilin ən möhtəşəm idman yarışı İctimai TV vasitəsi ilə canlı yayımlanacaq.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada təşkil olunacaq.
Turnirdə tarixdə ilk dəfə olaraq 48 komanda yarışacaq.
Dünya çempionatında qalib gələn komanda 50 milyon dollar, ikinci 33 milyon dollar, üçüncü yer 29 milyon dollar, dördüncü yer 27 milyon dollar, beşinci-səkkizinci yer 19 milyon dollar, 9-16-cı yer 15 milyon dollar, 17-32-ci yer 11 milyon dollar, 33-48 yer 9 milyon dollar mükafat alacaq.
Bundan əlavə, hər bir seçmə komanda turnirə hazırlıq xərclərini ödəmək üçün 1,5 milyon dollar alacaq. Bu o deməkdir ki, bütün komandalara 2026-cı il dünya çempionatında iştirak üçün ən azı 10,5 milyon dollar zəmanət verilir.
DOĞRU.AZ

























