image-ads_n1karobka_mobile
image-image_940x_6a1a8d7f5df0bbackend

Rusiyaya HÜCUM: DƏHŞƏTLİ YANĞIN

Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərində pilotsuz uçuş aparatlarının hücumu nəticəsində neft infrastrukturu obyektlərində güclü yanğın baş verib.

Ajans.az xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slyusar Teleqram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, hücum nəticəsində Taqanroq limanında tanker, yanacaq rezervuarı və inzibati bina alovlanıb:

“İlkin məlumata görə, xəsarət alan yoxdur”.

Bundan başqa, Krasnodar diyarında yerləşən neft bazasının da hücuma məruz qaldığı bildirilir.

Hadisə ilə bağlı məlumatların dəqiqləşdirildiyi qeyd olunub.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki