Myanmada dağ-mədən sənayesi üçün nəzərdə tutulan partlayıcı maddələrin saxlanıldığı ehtimal edilən binada güclü partlayış baş verib.
Ajans.az xəbər verir ki, məlumata görə, dağıntılar altından 6-sı uşaq olmaqla, ümumilikdə 46 nəfər çıxarılıb.
Partlayışdan xəsarət alan daha 74 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.
DOĞRU.AZ

























