Polşalı fermerlərin etirazları Varşava və Kiyev arasında sosial və siyasi ziddiyyətləri genişləndirir.
Bu barədə Politico yazır.
Nəşrin yazdığına görə, Kiyevə edilən iqtisadi qurbanlar səbəbindən Polşada ictimai əhval-ruhiyyə pisləşir.
“Biz ukraynalılara qarşı deyilik. Onlara ilk vaxtlar kömək edirdik, evimizə yerləşdirirdik, yedizdirirdik. Lakin biz xaosdan qazanc götürən oliqarxların qurbanı ola bilmərik”, – deyə etiraz edən fermerlərdən biri bildirib.
Üstəlik, Polşada narazılıq artır, fermerlərin etirazları tarix və kimlik haqqında daha geniş milli müzakirələrə təkan verir.
DOĞRU.AZ