ABŞ Çindəki diplomatik missiyasının sayını 10% azaltmağı planlaşdırır.
South China Morning Post xəbər verir ki , “əhəmiyyətli” ixtisarların həm Amerika, həm də yerli işçilərə təsir edəcəyi gözlənilir.
Nəşrin məlumatına görə, ixtisarlar Pekindəki səfirlik və Quançjou, Şanxay, Şenyan və Uhandakı konsulluqlara, eləcə də Honq Konqdakı konsulluğa təsir edəcək.
Bundan əvvəl Ər-Riyadda aparılan danışıqlardan sonra Rusiya və ABŞ Moskva və Vaşinqtondakı səfirliklərinin işçilərini bərpa etmək barədə razılığa gəliblər.
Eyni zamanda “Kommersant” qəzetinin mənbəsi ABŞ-ın Rusiyadakı yeni səfirinin Amerikanın Liviya üzrə xüsusi nümayəndəsi Riçard Norland ola biləcəyini yazıb.
DOĞRU.AZ