Fransa prezidenti Emmanuel Makron deyib ki, Ukraynada sülh Avropanın maraqlarını nəzərə almalıdır. O, bunu bəzi Aİ liderlərinin Parisdə keçirilən ikinci fövqəladə sammitindən sonra deyib.
Onun sözlərinə görə, Fransa və tərəfdaşları Ukraynada uzunmüddətli və davamlı sülh istəyir.
Biz Ukraynanı dəstəkləyirik və Avropada sülh və təhlükəsizliyin təmin edilməsi üçün bütün məsuliyyəti öz üzərimizə götürəcəyik. Bu, Fransanın əsas marağıdır və mən onun qarantıyam.
Bundan əvvəl BFMTV məlumat vermişdi ki, Makron Ukrayna məsələsini müzakirə etmək üçün Fransa partiyalarının liderlərini bir araya yığmağı planlaşdırır.
DOĞRU.AZ